ISUZU CARE müştəri dəstəyi xidməti*0000
ISUZU CARE müştəri dəstəyi xidməti*0000
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu.
Qeyd edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir..
Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Yaponiyanın “İsuzu” və Rusiyanın “Qaz” Şirkətləri ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.