ISUZU CARE müştəri dəstəyi xidməti*0000

Şirkət haqqında

Şirkət haqqında

Ölkəmizdə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının təmin olunması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasət kursunun prioritet istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Ölkə başçısı tərəfindən qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində  son illər ölkəmizin qeyri neft sənayesində özəl sektorun payında, idxalın əvəz olunması və ixrac potensialının artmasında ciddi irəliləyişə nail olunmuşdur.

Ölkədə aparılan iqtisadi islahatlardan, sahibkarlar üçün yaradılmış münbit şəraitdən ruhlanaraq tərəfimizdən 15 noyabr 2017-ci ildə respublikamızın iqtisadiyyatı üçün yenilik hesab ediləcək avtomobilqayırma sahəsində fəaliyyət göstərən  “Azərmaş” ASC şirkəti təsis olunmuşdur. Şirkət hədəf olaraq Azərbaycanda avtomobil istehsalı sənayesini inkişafını seçmişdir. Bu məqsədlə Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərindən olan “Azərmaş Group” MMC avtomobil istehsalı zavodunu qurmuşdur. Bu zavodda yüngül və orta tonnajli kommersiya avtomobilləri, xüsusi təyinatlı texnika (təcili yardım maşınları, məktəb avtobusları, zibil yığan maşınlar və b.), kiçik və iritutumlu sərnişin avtobuslarının istehsalı həyata keçirilir. İstehsal Yaponiyanın “İsuzu” və Rusiyanın “QAZ” brendləri ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunmuşdur. Zavodun təməli 2020-ci ilin fevral ayında  qoyulmuşdur və cari ilin aprel ayının 20-də Cənab Prezidentin iştirakı ilə rəsmi açılışı olmuşdur.

Sorğu göndərin və biz sizə zəng edəcəyik!